Eks prezidentin oğlu aclığa başladı

eks-prezidentin-oglu-acliga-basladi
Oxunma sayı: 644

Trend-in məlumatına görə, onun vəkili Keti Bekauri deyib ki, Qamsaxurdiya beşinci dəfədir ki, aclıq elan edir. O, ümumilikdə müxtəlif vaxtlarda çeşidli tələblərlə həbsxanada 194 gün ac qalıb.
Qamsaxurdiyanın işi artıq Strasburqda İnsan Haqları Məhkəməsinə göndərilib. Gürcüstanın ilk prezidentinin oğlu qətlə cəhd, odlu silahın qanunsuz əldə edilməsi və saxlanması, həmçinin həbsxana mühafizəçilərini pulla ələ almağa cəhdə görə 13 il həbs cəzasına məhkum edilib.
Bu dəfə o, iki tələb irəli sürüb: məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və xəstə məhbusların hamısının tibbi xidmətlə təmin edilməsi.
Bekauri jurnalistlərə deyib ki, Qamsaxurdiyanın vəziyyəti ağırdır və vəkil onun mülki tibbi müəssisəyə keçirilməsini tələb edir.