Eks-spikerdən milli qəhrəmana sərt cavab

eks-spikerden-milli-qehremana-sert-cavab
Oxunma sayı: 664

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında R. Quliyev bu ittihamların əsasının olmadığını bildirib: “Son vaxtlar Azərbaycanda ”şok xəbər" adı altında tam yalan məlumatların verilməsi çiçəklənir. Hörmətli Şahin Tağıyev həmin konfransda iştirak etməyib, mənim çıxışım isə 5 hissədən ibarət indi də youtube-da dayanıb, ondan xahiş edirəm bir daha çıxışıma qulaq assın və bundan sonra gətirdiyi yanlış sitata görə üzr istəsin. İkincisi, bilmək istərdim, harada, nə vaxt mən Eldar Namazovu və ya başqasını dəstəkləyəcəyim barədə çıxış etmişəm? Mətbuatda kiminsə nəsə yazması ilə mənim barəmdə konkret fikirlər yaymaq olmaz, cənab polkovnik-leytenant. Mətbuatda “bu qədər kiçik ölkəni qərbi, şərqi, şimalı Azərbaycana bölmək olmaz” çağırışı ilə yazılarım dərc olunub. Hörmətli Mehriban Vəzirinin başçılıq etdiyi bir hərəkatın isə mənim yaratdığım hərəkata nə dəxli ola bilər? Siz təxminən belə deyirsiniz; əgər artilleriya qoşunları varsa, tank qoşunları nəyə lazımdır. Bağışlayın, belə düşünmək olmaz. Qeyd edirsiniz ki, 1992-ci ildə H.Əliyevin xeyrinə mitinqlərdə iştirak etmişəm. Mən mitinqlərdə iştirak etməmişəm, onun əsas təşkilatçısı olmuşam, yaş senzinin qoyulmasını ağılsız hesab etdiyimə, Əliyevə inandığıma görə. Bu barədə dəfələrlə demişəm, bunu doğrudan sensasion açıqlamanız sayırsınız? O ki qaldı Kəlbəcərə, burada sizin fantaziyanızı heç bir şeylə müqayisə etmək olmaz. Kəlbəcərdə bizim qoşunlar məğlubiyyətə uğrayan vaxt mən Sankt-Peterburqda səfərdə idim. Bu xəbəri eşidib təcili geri döndüm, aeroportdan birbaş ora getdim. Qoşunlarımız Kəlbəcəri tərk etmişdi, zorla bu ətrafda qalanları topladım, ətrafdakı rayonların icra başçıları və polis rəislərinə azı 50 silahlını Murov dağının ətəyinə toplamağı tapşırdım. Bir sözlə, müdafiə xətti yaratdım, çünki Gəncə təhlükə altında idi. Zabitlər məktəbinin məzunlarından ibarət rota kəşfiyyat üçün gecə ilə Murov dağa göndərildi. Murovdağın ətəyində gecə hər yarım saatdan bir onlarla rabitə əlaqəsi saxlayırdım. 3 saatdan sonra onlar Murovdağın təpəsinə çatıb orada erməni qoşunlarının olmamasını xəbər verdilər. Bundan sonra orada müdafiəni yarada bildik. Həmin günlər mən əsgərlərlə birgə səngərlərdə yatmışam. Dediklərimin minlərlə şahidi var.

Cənab polkovnik-leytenant, zabitlik şərəfi yalan danışmaqla bir arada olmamalıdır".