Əksəriyyət Rövnəq Abdullayevi günahkar bilir - Sorğu

ekseriyyet-rovneq-abdullayevi-gunahkar-bilir-sorgu-
Oxunma sayı: 729

Ötən həftədən başlayan sorğuda bu günə qədər 612 nəfər iştirak edib. Sorğuda iştirak edənlər üçün “Qafqazinfo” 5 variant təklif edib. Kimdir günahkar sualının cavabı kimi “Rövnəq Abdullayev”, “Berti Foqts”, “Futbolçular”, “Azarkeşlər”, “Bizdə futbol alınmır” kimi cavablar təqdim olunub.

Bu günə qədər sorğuda iştirak edənlərin 254-ü futboldakı uğursuzluğun cavabı kimi Rövnəq Abdullayevi göstəriblər. “Berti Foqts” deyənlərin sayı 80, “Futbolçular” deyənlərin sayı 155, “Azarkeşlər” deyənlərin sayı 20, “Bizdə futbol alınmır” deyənlərin sayı 103 nəfərdir.

Sorğu davam edir. Sorğuda iştirak etmək istəyənlər saytın sağ hissəsində aşağıda “Sorğu” rubrikasına qatılsınlar.