Belarusa yeni baş nazir təyin edildi - Hökumət dəyişdi

belarusa-yeni-bas-nazir-teyin-edildi
Oxunma sayı: 3552

Belarus prezidenti Aleksandr Lukaşenko Nazirlər Kabinetini yenidən formalaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, İnkişaf Bankının rəhbəri Sergey Rumas baş nazir təyin edilib.

O, bu postda Andrey Kabaykounu əvəz edib.

Aleksandr Turçin baş nazirin birinci müavini, İqor Lyaşenko, Vladimir Kuxarev, İqor Petrişenko isə müaviləri olacaq.

Həmçinin yeni kabinetdə Pavel Utyupin sənaye naziri, Dmitri Krutoy iqtisadiyyat naziri, Roman Qolovçenko isə Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifələrini tutublar.