Belarusda gənc qız prezidentin kortejinə yol vermədi - Video

belarusda-genc-qiz-prezidentin-kortejine-yol-vermedi
Oxunma sayı: 4139

Belarusun Qrodno şəhərində piyada prezident Aleksandr Lukaşenkonun kortejinə yol verməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin anlar videoregistrator tərəfindən qeydə alınıb. Belə ki, piyadalar üçün yanan yaşıl işıqda yolu keçən gənc qız xüsusi siqnallı avtomobillərin kortejinə fikir verməyib və yoluna davam edib.