Belarusdakı qəzada ölənlər arasında azərbaycanlılar da var

belarusdaki-qezada-olenler-arasinda-azerbaycanlilar-da-var
Oxunma sayı: 1006


Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb "Opel" markalı avtomobilin sürücüsünün sükan arxasında yatması olub. Hadisə yerini araşdıran əməliyyatçılar yolda əyləc xəttinin olmadığını deyirlər. 

Hadisədə xəsarət almış və həlak olmuş şəxslərin yaxınları Orşa şəhərində (8-10-375 216) 54-69-78 və +375 29 517-24-11 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

***
Belarusun Vitebsk şəhərində mikroavtobusla toqquşan minik maşınında azərbaycanlıların olduğu bildirilir. Anspress-in İnterfax-a istinadən verdiyi məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb.

Rusiya nömrəsi olan "Opel Omega" markalı minik maşınında Azərbaycan vətəndaşları ilə yanaşı, Özbəkistan vətəndaşları da olub. Məlumata görə, minik maşınında olan 4 nəfər hadisə yerində ölüb. Mikroavtobusda əyləşən 3 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda ölənlərin şəxsiyyətlərinin mügəyyənləşdirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcədə xəsarət alıb.