Belaruslu futbolçu ailəsi ilə birlikdə qəzada öldü

belaruslu-futbolcu-ailesi-ile-birlikde-qezada-oldu
Oxunma sayı: 2037

Belrus təmsilçisi “Vitebsk”in qapıçısı Andrey Şerbakov idarə etdiyi avtomobillə qəzaya uğrayıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 27 yaşlı futbolçu həyat yoldaşı və 6 yaşlı oğlu ilə birlikdə dünyasını dəyişib.

Futbolçunun 3 yaşlı oğlu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobil Şerbakovun idarətetməsindən çıxıb və qarşıdan gələn avtomobillə toqquşub.

Qeyd edək ki, karyerası ərzində yalnız Belarus klublarında oynayan Şerbakov BATE ilə çempionluq da qazanıb.