Belarusun səfiri Lənkəranda

Belarusun səfiri Lənkəranda
Oxunma sayı: 341

Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Axramoviç Qennadiy Lənkəran şəhərinə tanışlıq səfəri edib. 

Lənkəran İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər proqramı çərçivəsində səfir bu gün icra başçısı Taleh Qaraşovla görüşüb. Qəbul zamanı səfirə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi  və mədəni həyatı barədə geniş məlumat verilib. 

Səfir görüşdən sonra Lənkəranla yaxından tanış olmaq üçün şəhərin görməli  yerlərində - Heydər Əliyev Xatirə Parkında, Həzi Aslanov Parkında olub, Azərbaycanlıların Soyqırımı abidəsinə baş çəkib, Hallabong sitrus bağında təsərrüfatla və Hirkan Milli parkında fauna və flora ilə maraqlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi