Elçibəyçilər Fəxri Xiyabana toplaşdı - Fotosessiya

elcibeyciler-fexri-xiyabana-toplasdi-fotosessiya
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iştirak edib. Tədbir iştirakçılarının “Elçibəy” şüarını səsləndirməsilə başlayan tədbir, Dövlət himni ifa olunduqdan sonra açıq elan olunub. Tədbiri açıq elan edən Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəyin Azadlıq hərəkatındakı rolundan danışıb və vurğulayıb ki, yalnız gördüyümüz işlərlə onun ruhun u şad etmək olar: “Azərbaycanı həm 20% işğaldan, həm də 80% işğaldan azad etməklə onun ruhunu şad edə bilərik”.

Əli Kərimli də çıxışında onun xidmətlərindən danışıb və Elçibəyə atılan şərlərin, böhtanların heç birinin ona yapışmadığını vurğulayıb.

İsa Qəmbər isə Elçibəyin həm bütün həyatı boyu, həm də ölümü ilə xalqa xidməti etdiyini deyib: “O qoyub getdiyi ideyaları ilə indi də xalqına xidmət edir”.

Daha sonra mərhumun ruhuna dualar oxunub və Dövlət himni ifa olunub. Bununla da tədbir başa çatıb.

***
BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

Avqustun 22-də BAXCP İdarə Heyətinin üzvləri və partiyanın fəalları milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib. “Qafqazinfo”nun məlumatına görə, Fəxri Xiyabanda Əbülfəz bəyin vəfatının ildönümü ilə bağlı keçirilən aksiyada çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev AXC liderinin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb, milli azadlıq hərəkatının lideri kimi Əbülfəz bəyin ideyalarının yaşadığını və yaşayacağını vurğulayıb.

Anım mərasimində Əbülfəz Elçibəy yad olunub, ruhuna dualar oxunub.

Fatimə Kərimli