Elçibəyin ailəsinə 13 min manat ödəniləcək

elcibeyin-ailesine-13-min-manat-odenilecek
Oxunma sayı: 661

“Media forum” saytının əldə etdiyi məlumata görə, “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanununa uyğun olaraq Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva ayda 3750 manat müavinət alacaq. Müavinət qanunun qüvvəyə mindiyi iyun ayından hesablanacaq və ailəyə birdəfəlik 13 min manata yaxın vəsait ödənəcək.

Elçibəyin oğlu Ərturqut Əliyev sentyabrın 10-da “Media forum” saytına deyib ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları onunla əlaqə saxlayıblar: “Dedilər ki, müavinətin təyin olunmasında problem yoxdur. Biz hazırda Ordudadda, Kələkidəyik. Qayıdan kimi sənədləri təqdim edib müavinət kartını götürəcəyik”.

“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanununa əsasən, keçmiş prezident indiki dövlət başçısının aylıq əməkhaqqının 50 faizi qədər pensiya almaq hüququna malikdir. Keçmiş prezident vəfat etdikdə isə onun aldığı pensiyanın 50 faizi məbləğində aylıq müavinət həyat yoldaşına ödənilir.