Elçibəyin vəfatı ilə bağlı anım tədbiri olacaq

elcibeyin-vefati-ile-bagli-anim-tedbiri-olacaq
Oxunma sayı: 797

Partiyanın təşkilat şöbəsinin rəhbəri Xəzər Teyyublu “Qafqazinfo”ya bildirib ki, avqustun 22-də partiyanın fəalları Fəxri Xiyabanda anım tədbiri keçirəcəklər. KXCP ziyalıları, Elçibəyi sevənləri bu tədbirdə iştirak etməyə çağırıb. Bundan başqa həmin gün partiyanın qərargahında da Elçibəylə bağlı dəyirmi masa təşkil olunacaq. X. Teyyublu bildirib ki, Elçibəyçilər tərəfindən 22 Avqust Savalanı Ziyarət Günü elan olunub və bu günlə bağlı partiyanın bütün rayon təşkilatlarında tədbirlər təşkil olunacaq: “Ötən gün bu barədə partiyanın rayon təşkilatlarının iştirakı ilə müşavirə təşkil olundu. Müşavirədə təşkilat sədrlərinə yerlərdə də bu günlə bağlı tədbirlər keçirmək tövsiyə edildi”.

X. Teyyublu onu da qeyd edib ki, KXCP-nin qərargahında Elçibəy Guşəsi yaradılıb. Burada Elçibəyə aid fotoşəkillər, video, audio materiallar, kitablar toplanıb.

Qeyd edək ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də dünyasını dəyişib.