Belçika dünya üçüncüsü oldu - Fotolar

belcika-dunya-ucuncusu-oldu
Oxunma sayı: 7675

Bu gün dünya çempionatında bürünc medalların sahibi bəlli olacaq.

“Qafqazinfo” xəbər verir ki, Belçika və İngiltərə yığmaları 3-cü yerin sahibinin adına aydınlıq gətirəcəklər.

Qarşılaşma Bakı vaxtilə saat 18:00-da başlayacaq.

Dünya çempionatı

3-cü yer uğrunda görüş

14 iyul

18:00. Belçika – İngiltərə (İdman Azərbaycan, İctimai TV, TRT1, Kanal 1 Rusiya)

***

Matç başladı.

***

Oyuna sürətli başlayan Belçika erkən qol vurub. 4-cü dəqiqədə sol cinahdan ötürməni Mönye qapıya göndərib.

***

İlk yarım saat ərzində Belçika rəqibi qarşısında olduqca üstün oyun nümayiş etdirib. Bir neçə epizodda İngiltərənin qapıçısı fərqin artmasına imkan verməyib.

***

39-cu dəqiqədə Belçikanın heyətində məcburi dəyişiklik edilib. Zədələnən Şadlinin yerinə Vermalen daxil olub.

***

Komandalar fasiləyə Belçikanın 1:0 üstünlüyü ilə yollanıb.

***

İkinci hissə başladı.

***

70-ci dəqiqədə İngiltərə hesabı bərabərləşdirməyə çox yaxın olub. Erik Dayerin vurduğu top qapıçını keçsə də, Belçikanın müdafiəçisi Alderveyreld topu qapı xətti üzərindən çıxarıb.

***

82-ci diqəqədə İngitərə qapıısında ikinci qolu görüb. Belçikanın heyətində Eden Azar fərqlənib.