Belçika radikalları müsəlmanlara meydan oxuyub

belcika-radikallari-muselmanlara-meydan-oxuyub
Oxunma sayı: 648

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, üzü örtən geyimlərə qadağa qoyulmasından sonra gərginliyin artdığı Belçikada ultrasağ qruplardan biri nümayiş keçirib.

Ölkənin radikal Xalq Partiyasının (XP) üzvlərinin üzvlərindən ibarət qrup inteqrasiya prosesinə qoşulmayan müsəlmanların Belçikanı tərk etmələrini tələb edib. “İnteqrasiyaya “Yox” deyən müsəlmanlar ölkəni tərk etsin” və “İslam faşizminə “Yox” yazılı lövhələr daşıyan 100 nəfərlik ultrasağ qrup krallıq binasının qarşısında toplaşaraq, müsəlmanlar əleyhinə şüarlar səsləndirib.
Aksiyada iştirak edən Belçika XP-nin lideri Maykl Modrikamen ölkənin ənənəvi partiyalarının ərköyünləşdirdiyi müsəlmanların mütəmadi yeni tələblər irəli sürdüklərini iddia edərək, yol verilən ən böyük yanlışlığın başıörtülü qadının parlamentə daxil olmasına icazə verilməsi olduğunu deyib.

Modrikamen müsəlmanlara qarşı polisə daha çox səlahiyyət verilməsinin vacibliyini tələb edərək, artıq müsəlmanların qorxmalı olduğunu bildirib.