Belçikada 20 Yanvar toplantısı

belcikada-20-yanvar-toplantisi
Oxunma sayı: 643

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, konfransda 20 yanvar faciəsini əks etdirən filmin ingilis dilində nümayişi, müxtəlif çıxışlar olacaq. Bundan başqa konfransda Avropa Parlamentinin, Avropa İttifaqının, bir sıra xarici diplomatik korpusların nümayəndələri, Belçikada yaşayan azərbaycanlılar, yerli belçikalıların da iştirakı gözlənilir. Tədbirdən sonra 20 yanvarda həlak olmuş soydaşlarımızın xatirəsinə çay və kofe süfrəsi də təşkil ediləcək.

Qeyd edək ki, konfrans Belçikanın paytaxtı Brüsseldə yerləşən Hotel Bloomun toplantı salonunda keiriləcək.