Belçikada görüş

belcikada-gorus
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, görüşdə Avropa Jurnalistlər Assosasiyası ilə BAC arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə hər iki təşkilatın birgə bir sıra lahiyələr həyata keçirilməsi qərarlaşdırılıb. Bundan başqa Peter Kramer Avropa Jurnalistlər Assosasiyasının Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib, qarşıdakı ayların birində Bakıya səfər edib Bakıdakı jurnalistlərlər, onların durumları ilə, jurnalistlərin düşüncələri və gələcək lahiyələri ilə tanış olmağın ona çox maraqlı olacağını bildirib.

Görüşdə Avropa Jurnalistlər Assosasiyasının Azərbaycan təmsilçiliyinin yaradılması qərarlaşdırılıb. Bundan başqa Kramer onun Bakıya səfərinə qədər Bakıda AJA-nın yerli nümayəndəliyinin yaradlması üçün təşəbbüs qrupunun yaradılmasını təklif etdi və may ayında cənab Kramerin Bakıya səfəri razlaşdırılıb.
Qeyd edək ki Avropa Jurnalistlər Assosasiyası 1962ci ildə Avropanın 70 tanınmış jurnalisti tərəfindən təsis olunub.Hazırda 20-dən çox ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Hazırda prezidenti İrlandiyadan Eileen Dunnedir. Baş Katib isə Slovak Macak-dır.