Belçikada Mirzə Ələkbər Sabirə heykəl qoyulacaq

belcikada-mirze-elekber-sabire-heykel-qoyulacaq
Oxunma sayı: 1164

Gələn il Belçikanın Thuin şəhərində Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin heykəli ucaldılacaq. Heykəlin açılışı şairin 150 illik yubileyi ərəfəsində baş tutacaq. Bu barədə Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə məlumat verilib. Bildirilib ki, yüksək balla ölkənin ali məktəblərində təhsil alan 11 tələbəyə və Sabir Bədii Qiraət müsabiqəsinin 12 nəfər qalibinə aylıq təqaüd verilir. Tədbirdə Şamaxının tarixi, qədim adət-ənənələri və bu günü haqqında ətraflı məlumat verilib. Toplantıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 1150 uşağa yeni il hədiyyəsi təqdim olunub.

az.itv.az