Belçikadan 8 ərəb kraliçaya həbs cəzası

belcikadan-8-ereb-kralicaya-hebs-cezasi
Oxunma sayı: 634

Belçikada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) məşhur Əl Nahyan ailəsinin üzvlərinə qarşı aparılan məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ailənin 8 kraliçası haqqında “xidmətçiləri istismar etmək” və “adam oğurluğu” maddələri ilə 15 ay həbs və 165 avro pul cəzası verilib.

Qeyd edək ki, hadisə 2008-ci ildə baş verib. Ə Nahyan ailəsinin üzvləri Belçikanın paytaxtı Brüsseldə bir oteli bir neçə aylıq icarəyə götürüblər. Otelin 20-dən çox işçisinə oteldən çıxmağa icazə verməyiblər. Onlara masalarda qalan artıq yeməkləri veriblər, yerdə yatmağa məcbur ediblər.

Xidmətçilərdən biri oteldən qaça bilib və vəziyyəti polisə danışıb. Bundan sonra polis məsələyə qarışmış və 8 kraliça haqqında cinayət işi açılmışdı.

Lakin geridə qalan 9 ildə məsələyə hüquqi qiymət verilməmişdi.

Məlumat üçün bildirək ki, Əl Nahyan ailəsi BƏƏ-də iqtidardadır. Bu ailə “Mançester Siti” klubunun da sahibidir.