Belçikadan darmadağın - Fotolar

belcikadan-darmadagin
Oxunma sayı: 3681

Bu gün dünya çempionatında G qrupunda bir oyun baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, Belçika millisi Tunislə qarşılaşacaq.

Günün ilk qarşılaşmasının start fiti 16:00-da veriləcək.

DÇ-2018

G qrupu

Belçika – Tunis

***

Matç başladı

***

Belçika 7-ci dəqiqədə hesabı açır. Eden Azar penaltidən fərqlənir. 

***

Belçika Lukaku ilə 16-cı dəqiqədə hesabı 2:0 edir. 

***

Tunis hesab arasındakı fərqi azaltdı. 18-ci dəqiqədə Broon fərqlənir. 

***

Belçika 3-cü qolu vurur. Lukaku 45+4-cü dəqiqədə fərqlənir

***

İlk hissə Belçikanın 3:1 hesablı üstünlüyü ilə başa çatır. 

***

İkinci hissə başladı

***

51-ci dəqiqədə Eden Azar hesabı 4:1 edir.

***

90-cı dəqiqədə Batşuayi hesabı 5:1 edir. 

***

Hazri 90+3-cü dəqiqədə hesab arasındakı fərqi azaldır - 5:2.