Belçikanın baş naziri istefa verdi - Kral “gözlətmək” qərarı aldı + Yenilənib

belcikanin-bas-naziri-istefa-verdi
Oxunma sayı: 1242

Belçikanın baş naziri Şarl Mişel istefaya gedir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışı zamanı deyib. Mişel yaxın vaxtlarda qərarını krala bildirəcək.

Baş nazir istefasını BMT-nin Miqrasiya paktı ilə bağlı fikir ayrılıqları fonunda edib.

***

“Anadolu” agentliyinin xəbərinə görə, Şarl Mişel istefa ərizəsini Kral Filippə təqdim edib.

Kral isə ərizəni “gözlətmək” qərarı alıb. Yekun qərarın bir neçə gün ərzində açıqlanacağı bildirilib.