Belçikanın ev sahibliyi əlindən alındı - UEFA-dan sərt cəza

belcikanin-ev-sahibliyi-elinden-alindi
Oxunma sayı: 2014

2020-ci ildə təşkil ediləcək futbol üzrə Avropa çempionatının matçlarının keçiriləcəyi 13 şəhərdən biri olan Brüsselin ev sahibliyi ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar verilib.

Qərara səbəb Brüsseldə matçların keçiriləcəyi stadionun tikintisinin gecikməsidir. Beləliklə, UEFA tərəfindən cəzalandırılan Belçikanın ev sahibliyi ləğv edilib və Brüsseldə keçirilməsi nəzərdə tutulan 4 oyun London şəhərinə verilib.

Bununla da Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayı 12-yə enib.

Qeyd edək ki, qrup oyunları aşağıdakı şəhərlərdə baş tutacaq:

A qupu: Roma və Bakı

B qrupu: Sankt Peterburq və Kopenhagen

C qrupu: Amsterdam və Buxarest

D qrupu: London və Qlazqo

E qrupu: Bilbao və Dublin

F qrupu: Münhen və Budapeşt