Eldar Əzizovdan ABŞ səfirliyinə şikayət edildi

eldar-ezizovdan-abs-sefirliyine-sikayet-edildi-
Oxunma sayı: 675

Bu barədə “Qafqazinfo”ya məlumat verən Elçin Həsənovun sözlərinə görə, ABŞ diplomatına Sumqayıtda polis tərəfindən qarşılaşdığı təzyiqlər haqqında məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl E.Həsənovu Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov idarəyə çağırıb, onu hədələyərək partiyanın tədbirlərini keçirməməyi tələb edib.
E.Həsənov son vaxtlar Sumqayıt müxalifətçilərinə qarşı təzyiqləri icra başçısı Eldar Əzizovun idarəçiliyi ilə əlaqələndirib: “Mən ABŞ səfirliyinin diplomatı ilə görüşdə də bildirdim ki, Eldar Əzizov Gəncə şəhər icra hakimiyyətinin başçısı kimi həyata keçirdiyi qanunsuzluqları Sumqayıtda gerçəkləşdirmək niyyətindədir. Fakt budur ki, Eldar Əzizov Sumqayıta təyin olunandan sonra Müsavat və Ümid partiyalarının qərargahları qapadılıb. Müxalifətçilər hər hansı toplantılarını keçirə bilmirlər, çünki polislər imkan vermirlər. Konkret olaraq, yanvarın 15-də AXCP gənclərinin Ümidin qərargahında 20 yanvarla bağlı tədbiri polis tərəfindən dağıdılıb və qərargah ümidçilərdən alınıb. Görünür, Eldar Əzizov Sumqayıtın müxalifətçi fəallarının bəzilərini siyasi məhbuslar siyahısına qatmaq niyyətindədir”.

Breqita Buşet Elçin Həsənovun ona söylədiklərini diqqətdə saxlayacağını bildirib.