Eldar Namazov susdu

eldar-namazov-susdu
Oxunma sayı: 646

Bu barədə “Qafqazinfo”ya açıqlamasında forumun təsisçisi Eldar Namazov bildirib. ZF-nun toplantısının nə vaxt keçiriləcəyi sualına cavab verməyən Namazov “Bu haqda sonra danışacaq”-cavabını verib.

Formun üzvü, professor Cəmil Həsənli isə toplantılarının ardıcıl olaraq davam etdiriləcəyini deyib: “Biz hələ növbəti tədbirin vaxtını dəqiqləşdirməmişik. Ancaq bu mütləq baş verəcək. Biz Ziyalılar Formunun işini davam etdirmək niyyətindəyik” .

Qeyd edək ki, Ziyalılar Forumunun dekabrın 29-da “Hyatt Regency” otelindəki toplantısına əngəl törədilmişdir. Daha sonra onlar Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində toplanmış və tədbirlərinin hakimiyyətin təxribatı nəticəsində pozulduğunu iddia etmişdilər.

Sədan Bünyadova