“Belə azarkeşlik edəcəklərsə, gəlməsinlər” – - Ruslan Abışov

bele-azarkeslik-edeceklerse-gelmesinler-
Oxunma sayı: 1972


“Qafqazinfo”  xəbər verir ki, nəticədən olduqca məyus olan futbolçu Ruslan Abışov maraqlı açıqlama verib. Oyunda ilk vurulan qolun sahibi olan Ruslan ümumilikdə millimizin oyununu pis oynamadığını və qələbəyə layiq olduğunu deyib: 

“İlk hissədə çox yaxşı oynadıq, bir neçə real qol şansları əldə etdik, lakin istifadə edə bilmədik. Bununla belə, hesabda önə keçə bildik və istədiyimiz qolu vurduq lakin nəticəni sona qədər apara bilmədik. Bir də ki, mən bir şeydən narazıyam. Matçın 60-cı dəqiqəsidir, azarkeşlər istefa qışqırırlar. Qol buraxdıqdan sonra yenə də istefa qışqırırlar və bu bizim toparlanmağımıza mənfi təsir göstərir. Mən azarkeşlərə səslənmək istəyirəm əgər gəlib belə dəstək olacaqlarsa, gəlməsinlər”

İqbal