“Belə çıxır ki, donqili nurçulardır?”

bele-cixir-ki-donqili-nurculardir
Oxunma sayı: 3126


“Qafqazinfo” xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Fazil Mustafa parlametdə 20-dən artıq nurçu deputatın olması haqda iddialara münasibət bildirərkən deyib. F. Mustafa bildirub ki, bu gün o Ərdoğanın da bir sıra görüşlərini doğru hesab edir, Baxçalının da: “Kılıcdaroğlunun da bir sıra fikirlərini haqlı sayıram, hətta Perinçəyin Avropa İnsan haqları məhkəməsində erməni məsələsində qalib gəlməsinə ən çox sevinənlərdən oldum, indi nə edək, kimin yaxşısını söyləyiriksə, olduq o cinahın adamı?”.

F. Mustafa deyib ki, inancına görə insanı təhlükə olaraq görməyi yanlış hesab edir: “Mənə də vaxtaşırı belə ittihamları yönəldirlər. Mason, nurçu, sələfi, osmanlıçı, türkiyəçi və s. Bəzən hətta milli qəhrəmanımız Nuri Paşanın təbliği ilə məşğul olarkən onun adı ilə də bunu əlaqələndirirlər. Yeri gəlmişkən, mən Nuru Paşaya ən böyük azərbaycanlı kimi dəyər verirəm, bəlkə Nuruçu desələr, daha ağlabatan olardı. Ancaq Azərbaycan həqiqətən də çox təzadlı cəmiyyətdir. Əxlaqsızlıq ayıb deyil, narkomanlıq ayıb deyil, Allahsızlıq ayıb deyil, dindar olmaq az qala ən ayıb bir mövzu olaraq müzakirə olunur. Bir şeyi bilməliyik ki, İslam dinin mənsublarından kimsə özünü hansısa məzhəbə, təriqətə aid edirsə, onun İslamla yaxından-uzaqdan əlaqəsi yox. Başqa tərəfdən götürsək, bizdə insan mərkəzli elm və fəlsəfə inkişaf etmədiyindən, insanın qiymətləndirilməsi həmişə qəlib və cinahdan başlayır. Bir adamı təhlilə başlayın, ilk olaraq hansı tayfadandır, hansı regiondandır, hansı kənddəndir, hansı ailədəndir, hansı partiyadandır və nəhayət sonda kimin adamıdır kimi qəliblərin və cinahların təyinatı əsas götürülür. Dindardırsa, hansı məzhəbdəndir, hansı təriqətdəndir sualı qoyulur. İnsanın öz şəxsiyyətinin, kimliyinin açılışını qəliblərə və cinahlara baş vurmadan  ancaq yetkin düşüncə və mühakiməyə sahib insanlar verərlər. Ona görə də ağıllıları axmaqlardan ayırmaq üçün bu testi tətbiq etmək hər zaman mənim işimə yaradığından, istənilən mənasız ittihama rahatlıqla gülüb keçə bilirəm”.