“Belə halları müşahidə edəndə istər-istəməz narahat oluruq”

bele-hallari-musahide-edende-ister-istemez-narahat-oluruq
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, Hidayət Orucov Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb. Azərbaycanda son illər aparılan quruculuq işlərindən danışan Hidayət Orucov ölkəmizdə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf olduğunu qeyd edib.

Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməz Azərbaycanda gedən inkişafı yaxından izlədiyini və qardaş ölkənin uğurlarından qürur duyduğunu, burada şahid olduğu gözəlliklərdən Türkiyəyə qayıtdıqdan sonra fəxrlə danışacağını dilə gətirib.

Diyanət İşləri başqanı bildirib ki, müasir dövrdə dövlətlərin yaxın münasibətləri, əsasən, maddi mənfəətlər üzərində qurulur - mənfəət yoxdursa, bir anda dostdan düşmənə çevrilə bilərlər. Ancaq münasibətlərin təməlində milli-mənəvi bağlar, ortaq mədəniyyət, ortaq inanc sistemi olarsa, maddiyyat arxa plana keçər və bütün əlaqələr məhz bu ülvi dəyərlər üzərində qurular.
Türkiyənin bütün sahələrdə uğurlarına sevindiyini dilə gətirən Hidayət Orucov qeyd edib ki, qardaş ölkədə siyasətçilər arasında milli məsələlərdə kəskin fikir ayrılıqlarının olması da Azərbaycanı narahat edir: “Milli məsələlərdə fikir ayrılığının olması sonda Türkiyənin zəifləməsinə səbəb ola bilər. Belə halları müşahidə edəndə istər-istəməz narahat oluruq. Onda görün, PKK-nın fəaliyyətindən necə narahatıq”.

Səidə