“Elə məhbuslar var ki, sidiyə qan gedir” - Qazamat

ele-mehbuslar-var-ki-sidiye-qan-gedir-qazamat
Oxunma sayı: 669

Əməkdaşın verdiyi xəbərə görə, məhkəmə prosesinin bugünkü iclasında Vidadi İsgəndərlinin də iştirakı təmin olunub və o, öz çıxışında Gəncə şəhər istintaq təcridxanasındakı dözülməz vəziyyətdən danışıb: "Məhkum hüquqşünas dedi ki, təcridxanada saxlanılan şə"xslərin durumu dözülməzdir, elələri var ki, sidiyə qan gedirlər. Vidadi İsgəndərli bildirdi ki, onlar beton döşəmənin üstündə yatırlar və xəstələnirlər".

Xatırladaq ki, V.İsgəndərli İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunaraq 8 sutka, 17 aprel mitinqindən 3 saat əvvəl tutularaq 15 sutka azadlıqdan məhrum edilmişdi. Mayın 2-də ona verilən 15 sutka həbs cəzasının müddəti bitəndə ona qarşı ittiham irəli sürülüb və barəsində Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Həmin gün V.İsgəndərli barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. Sonradan ona qarşı 132-ci maddə ilə də cinayət işi başlanıb. Avqustun 27-də Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə V.İsgəndərliyə hökm oxunub. O, 3 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edir. V.İsgəndərli və onun vəkilləri Göyçay Rayon Məhkəməsinin hökmünü siyasi sifarişlə çıxarıldığı üçün ədalətli saymayaraq hökmdən apelyasiya şikayəti verib.

Məhkəmənin təfərrüatları "Yeni Müsavat"ın yaxın saylarında dərc olunacaq.