“Belə nəticəni gözləmirdik” - Marek Hamşik

“Belə nəticəni gözləmirdik”
Oxunma sayı: 847

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçı qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda dubl edərək komandasının qələbəsində pay sahibi olan Marek Hamşik qarşılaşmadan sonra “Qafqazinfo”ya açıqlama verib.

Ulduz futbolçu açıqlamasında önəmli qələbə qazandıqlarını bildirib:

“Vacib qələbə qazandıq. Qrupdakı vəziyyət baxımından bu qələbə bizə hava-su kimi lazım idi. Qələbəni həm də 5 qol vuraraq, gözəl oyunla əldə etmişik. Buna görə sevinirəm. Düşünürəm ki, bu qələbə final mərhələsinə getməyimizə kömək edəcək. Belə nəticəni gözləmirdik. Əsas odur ki, Bakıdan 3 xalla ayrılırıq. Futbolçularımız fərqli açıqlamalar verə bilərlər. Amma mənə görə, çox qol vurmaq önəmli məsələ deyil. Bizim üçün 3 və ya 5 qol vurmağımızın əhəmiyyəti yoxdur. Önəmli olan qələbə idi, onu da qazandıq"


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi