“Belə oyunla heç nə etmək olmaz” - Cavid Hüseynov

bele-oyunla-hec-ne-etmek-olmaz
Oxunma sayı: 660

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qəbələ” səfərdə “İnter”ə 2:1 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra “qırmızı qaralar”ın kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavabladnırıb:

- Çempionatın ilk oyunu idi. Start hər zaman ağır olur. Çətin keçəcəyini bilirdik. İki qol vurduq, amma fasilədən sonra üstünlüyü əldən verdik. Rəqib hesab arasında fərqi azalda bildi. İkincini də vurmaq istəsələr də, vura bilmədilər.

- Penalti vurmaq üçün mübahisə gedirdi...

- Penaltini hər zaman mən vururdum. Danışmaq istməzdim. Mənə dedi ki, vurum? Mən də dedim ki, vur. Başqa məsələdi. Aramızda hər şey qaydasındadır.

 - Bu mövsüm üçün çempionluq şanslarını necə dəyərləndirirsən?

- Çox çətin olacaq. Bizim belə oyunumuzla asan olmayacaq. Özümün və komandamızın oyunundan razı deyiləm.

-Bu mövsüm üçün çempionluq şanslarını necə dəyərləndirirsən?

-Çox çətin olacaq. Bizim belə oyunumuzla asan olmayacaq.

-Komandanın oyunundan razı görünmürdün...

-Əlbəttə, belə oyundan kim razı qalar? Özümün və komandamızın oyunundan razı deyiləm.