Bələdiyyə binasındakı yanğın söndürüldü

belediyye-binasindaki-yangin-sonduruldu
Oxunma sayı: 892

Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, oktyabrın 18-i axşam saat 23:30 radələrindən başlayaraq rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 650 kv/m olan inzibati binada baş verən yanğın beş saatdan sonra bu gün 04:30 radələrində tam söndürülüb. Yanğın nəticəsində inzibati binanın 380 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib.
 
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyətləri cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.