Bələdiyyə sədri rüşvət alarkən tutuldu

belediyye-sedri-rusvet-alarken-tutuldu
Oxunma sayı: 633

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 25-də M.Məmmədov xidməti otağında rayon sakinindən qeyd edilən pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Baxış zamanı M.Məmmədovun üzərindən rüşvət kimi aldığı 1.200 manat pul, xidməti otağından şikayətçinin, habelə digər altı vətəndaşın ötən illərə aid ərizələri aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və M.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.