Bələdiyyə sədrinə cinayət işi açıldı

belediyye-sedrine-cinayet-isi-acildi
Oxunma sayı: 642

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Qusar rayonu, Mucuq kənd bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Müəyyən edilib ki, bələdiyyə sədri İsayev Qədim Talıb oğlu bələdiyyə iclasının qərarı olmadan və qanunvericiliklə alqı-satqısı qadağan edilmiş 8,64 ha örüş torpağını 4.893 manata satıb. Bundan başqa 2010-2011-ci illərdə 4.229 manat məbləğində bələdiyyə vəsaiti qanunvericiliyə zidd olaraq təyinatı üzrə xərclənməmiş, habelə bələdiyyə ərazisində 1.440 manat məbləğində görülmüş təmir-tikinti və abadlıq işlərinin qəbulu aktlarına həmin işlərin aparılmasını təsdiq edən sənədlər əlavə olunmayfb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.