Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat

belediyyelerin-fealiyyeti-ile-bagli-illik-hesabat
Oxunma sayı: 1431


“Qafqazinfo” nun məlumatına görə, nazir müavini qeyd edib ki,  2013-cü ildə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət daxil olub. Müraciətlərin 52 faizi torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı Nazirliyə daxil olan müraciətlərin aidiyyatı  üzrə həlli istiqamətində müvafiq tədbirlər görülmüş, bu tədbirlərin nəticəsində daxil olan müraciətlərdən 116-sı təmin edilib. 25 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

İl ərzində 3460, 5 ha torpaq sahəsinin qanunszu ayrılmasının qarşısı alınıb, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaarq icarəyə verilmiş 3196, 66 ha torpaq sahəsi  xüsusi mülkiyyətə verilmiş 242, 78 ha torpaq sahəsi istifadəyə verilmiş 21, 05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb.  Mütləq təqdim olunan  bələdiyyə aktlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 364 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.  Nazirlik tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələr 3445 tövsiyə verilib.