Elgiz həbs olundu – Kriminal xəbərlər

elgiz-hebs-olundu-kriminal-xeberler
Oxunma sayı: 866

Oktyabrın 20-nə keçən gecə Bakı şəhər sakini Mirəli Mirsutanov M.Ağayev küçəsində Mehman Əliyevə məxsus «İVEKO» markalı maşının çənindən 150 litr dizel yanacağı oğurladığı üçün Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Oktyabrın 20-si saat 13:30 radələrində Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında Abuzər Babayev idarə etdiyi «Kamaz» markalı yük maşınını aşırmış, nəticədə sərnişini Mahir Balakişiyev hadisə yerində ölmüşdür.

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mahir İsmayılov oktyabrın 20-də yaxalanmışdır.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Emin İsabəyov oktyabrın 20-də yaxalanmışdır.

Xətai RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Balaxan Əliyev oktyabrın 20-də yaxalanmışdır.

Sentyabrın 7-nə keçən gecə 28 May küçəsindən yerləşən, Rafiq İsgəndərova məxsus mağazadan qapını sındırma yolu ilə 450 manat oğurlamış Tərtər rayon sakini Elgiz Nuriyev oktyabrın 20-də Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.