Əli Abbasov Fransada görüşlər keçirir

eli-abbasov-fransada-gorusler-kecirir
Oxunma sayı: 640

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Sonra hər iki nazirin rəhbərliyilə Azərbaycan və Fransa İKT şirkətlərinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”da çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Azərbaycanın kosmik sənayenin inkişafı, rəqəmli televiziya və internet iqtisadiyyatının qurulması istiqamətində Fransa ilə birgə əməkdaşlığa maraqlı olduğunu qeyd edib.

Öz növbəsində Fransa tərəfi Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib və kosmik sənayenin sülh məqsədi ilə istifadəsində ölkəmizlə əməkdaşlığa hazır olduqlarını bildirib. Daha sonra hər iki ölkənin İT və telekommunikasiya şirkətlərinin nümayəndələri müzakirələri işçi şəraitində davam etdirib.

Sonda Bakıda Azərbaycanın aparıcı İKT şirkətləri ilə Fransanın sahə üzrə fəaliyyət göstərən şirkətləri arasında Fransa-Azərbaycan İKT Forumunun təşkil edilməsi qərara alınıb.

Görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

Nigar Məmmədli