Əli Abbasov tapşırıq verdi

eli-abbasov-tapsiriq-verdi-
Oxunma sayı: 807

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə "elektron hökumət"in formalaşdırılması üzrə aparılan işlərdən danışıb. Nazir "elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, onların elektron xidmətlər göstərməsinə, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib. Adıçəkilən fərmanın dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili və genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını, konkret məsələlərin həllinə yönəldiyini vurğulayan nazir qısa bir zamanda görüləcək işləri diqqətə çatdırıb.

İclasda Azərbaycanda "elektron hökumət"in formalaşdırılması istiqamətində aparılan fəaliyyət barədə məlumat verilib. Fərmanın icrası ilə bağlı müəyyənləşdirilmiş tədbirlər və onların yerinə yetirilmə yolları haqqında danışılıb. Bu istiqamətdə nazirliyə həvalə edilmiş məsələlərin həyata keçirilməsi, digər dövlət orqanları ilə sıx əməkdaşlıq edilməsi, nazirliyin fəaliyyətində, o cümlədən tabeli idarə və müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsinin təşkili imkanları müzakirə edilib.

Kollegiya üzvləri, nazirliyin ayrı-ayrı birliklərinin rəhbərləri, mütəxəssislər bu məsələlərlə bağlı çıxış edib və fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək tədbirlər barədə fikirlərini bildiriblər.

Nazir Ə. Abbasov iclasa yekun vuraraq həyata keçiriləcək tədbirlərin əhəmiyyətini bir daha vurğulayıb və fərmanın müddəalarından irəli gələn məsələlərin nazirliyin tabeli qurumlarının fəaliyyətində tətbiqi və dövlət qurumlarında aparılan işlərlə əlaqələndirilməsi üzrə konkret tapşırıqlar verib. Bu məsələlər barədə nazirliyin kollegiyası müvafiq qərar qəbul edib.

Nigar Məmmədli