Əli Abbasovdan sərt açıqlama

eli-abbasovdan-sert-aciqlama
Oxunma sayı: 694

Azərbaycanın mobil operatorları “Azercell” və “Bakcell” rabitə operatorları arasında qarşılıqlı münasibətlərin hazırlanan və təsdiq edilən qaydalarını qəbul etdikdən sonra onlara 3G standartında xidmətlərin göstərilməsinə lisenziya veriləcək. “Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, qaydalar Azərbaycan Nazirlər Kabineti tərəfindən "Telekommunikasiyalar haqqında" qanuna uyğun olaraq təsdiq edilib: “Qaydalara uyğun olaraq operatorların şəbəkələri tənzimləyici orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün şəffaf olmalıdır, operatorlararası trafiki nazirlik görməlidir. Bu, ona görə lazımdır ki, idarəetmə təkmilləşsin. Amma nə Azercell, nə də Bakcell nədənsə bunu etməyə tələsmirlər. İkinci amil nömrələrin daşınması sisteminin tətbiqidir. Operatorlar, xüsusilə də Azercell bu məsələdə istək nümayiş etdirmir. Qaydalarda göstərilən üçüncü amil operatorlararası trafikin qiymətidir. İndi bu, 5 qəpikdir. Yəni bu gün operatorlar bir-birinə hər dəqiqə üçün 5 qəpik ödəyirlər. Bu da ümumi dəyərin artmasına səbəb olur".

Ə. Abbasov onu da bildirib ki, nazirlik artıq operatorlararası trafikin 2 qəpiyədək azaldılması barədə qərar qəbul etsə də, “Azercell” və “Bakcell” bununla razılaşmır.

Nigar Məmmədli