Əli Əhmədov Rəsul Quliyevdən danışdı

eli-ehmedov-resul-quliyevden-danisdi-
Oxunma sayı: 656

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov APA-ya açıqlamasında deyib ki, kimsə Azərbaycanda qeyri-qanuni yollarla nə isə etmək istəyirsə, Yeni Azərbaycan Partiyası təbii olaraq ona qarşıdır.

Rəsul Quliyevin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsisçilərindən biri kimi hakimiyyətə iddialı olmasına gəldikdə, Ə. Əhmədov bildirib ki, onun prezidentliyə iddialı olması öz işidir: “Əsas məsələ xalqın kimə səs verməsidir. Hesab edirəm ki, Azərbaycan xalqı 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar öz mövqeyini açıq şəkildə müəyyən edib. Prezident seçkiləri ilə əlaqədar artıq bu gün səsləndirilən fikirlər bundan xəbər verir”.

Ə. Əhmədov qeyd edib ki, R. Quliyevin prezidentlik iddiasının reallaşması üçün Azərbaycanda ona hər hansı ictimai dəstəyin olacağını düşünməyə əsas yoxdur.