Əli Evsen Bakıda olub - Quda

eli-evsen-bakida-olub-quda
Oxunma sayı: 671

“Qafqazinfo” xəbə verir ki, bu barədə iş adamının qohumu, Milli Məclisin deputatı Hacı Qalib Salahzadə jurnalistlərə açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, Ə. Evsen sərbəst şəkildə ölkəyə gəlib-gedə bilir: “Onun burada ailəsi, nəvələri var. Hazırda o, ailəsinin başındadır. Özü ilə neçə dəfə görüşmüşəm. Axşam da birgə qonaqlığımız var”.

Xatırladaq ki, təkcə Azərbaycanda deyil, Türkiyə və Avropada kifayət qədər tanınan türk iş adamı 2011-ci ilin iyunun 15-də İspaniyanın paytaxtı Madrid şəhərində həbs olunmuşdu.

İddiaya görə, Əli Evsen Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin yaxın adamı, İspaniya vətəndaşı Hüseyin Salemi, onun oğlu Halid Salemi ilə birgə qeyri-qanuni fəaliyyətdə suçlandırılırdı.

İstintaq dövründə Əli Evsenin azadlığa buraxılması üçün 18 milyon avro girov tələb olunub. Lakin Əli Evsenin vəkilləri 2011-ci il avqustun 2-də onun azadlığa buraxılmasına nail olublar.

Q.Salahzadə qeyd etdi ki, Ə.Evsenin üzərindən bütün ittihamlar götürülüb: “Həmin işlə bağlı istintaq işləri davam etdirilir. Məhkəmənin nə vaxt keçiriləcəyi bilinmir. Adətən Avropada məhkəmə işləri illərlə yubanır”.

Ruslan