Əli Həsənov 50 milyard dollardan danışdı

eli-hesenov-50-milyard-dollardan-danisdi-
Oxunma sayı: 672

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib. Əli Həsənov bildirib ki, təkcə 2011-ci ildə deyil, ümumiyyətlə, son 8 ildə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində həqiqətən də inqilabi nəticələr əldə edib: “Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət, müasir cəmiyyət formalaşmışdır. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, qısası, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılmışdır.
Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilmişdir. Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artmış, 50 milyard dollar həcmində valyuta ehtiyatımız formalaşmışdır. Ölkənin enerji potensialı güclənib, iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Ölkədə makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. 2011-ci ilin 9 ayında inflyasiya 8,4 faiz təşkil etmişdir, əhalinin pul gəlirləri isə 19 faiz artmışdır. Göründüyü kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir”.