Əli Həsənov Sarkozinin cavabını verdi

eli-hesenov-sarkozinin-cavabini-verdi
Oxunma sayı: 657

Əli Həsənov Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza, eləcə də Azərbaycana səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, səfər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli baxımından önəmlidir: “Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Son zamanlar həmsədr ölkələrdən Rusiya xüsusi fəallığı ilə seçilib. İndi Fransa da bu prosesə əlavə olunacaq və məncə, bu amil digər həmsədr ölkənin – ABŞ-ın da Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsini stimullaşdıracaq”.

Əli Həsənov Sarkozinin Yerevanda verdiyi bəyanata toxunaraq deyib ki, Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonun qalmasının yolverilməz olduğunu vurğulaması böyük önəm kəsb edir.

Prezident Administrasiyasının şöbə müdiri Fransa prezidentinin Yerevanda verdiyi başqa bir bəyanatı da şərh edib. Əli Həsənov bildirib ki, Nikola Sarkozinin Türkiyə-Ermənistan sərhədləri açılmayacağı təqdirdə Fransanın “erməni soyqırımını” tanımaq istiqamətində əlavə addımlar atılacağı haqda bəyanatını Azərbaycan qəbul etmir: “Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması və qondarma soyqırımı iddiaları beynəlxalq münasibətlərdə ayrı-ayrı məsələlərdir”.