Əli Həsənovun Tehrana səfəri nəticə verəcəkmi?

eli-hesenovun-tehrana-seferi-netice-verecekmi
Oxunma sayı: 649

Respublikaçı Alternativ (REAL) hərəkatının həmsədri, politoloq İlqar Məmmədov İranla yaxın qonşuluq münasibətlərinin alınmadığını, buna səbəb kimi qonşu ölkədəki qüvvələrin Azərbaycana əyaləti kimi baxdıqlarını göstərib: “Tehranda hesab edirlər ki, Azərbaycanın əleyhinə nə etmək və nə demək mümkündürsə, hamısı yerinə yetirilməlidir və gerçəklikdə onlar bu siyasətlərini davamlı olaraq həyata keçirirlər. Təəssüf ki, Azərbaycan rəhbərliyindən buna qarşı adekvat cavab verilmir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və elə tək elə bu səbəbdən İrandakı demokratiya və insan haqları pozuntularına seyrçi qala bilməz. Azərbaycanın İran strategiyası dəyişməlidir”.

Proqramın digər qonağı politoloq Sədrəddin Soltan yazıçı jurnalist Rafiq Tağının qətlinə İrandan verilən fitvaya toxunub: “Rafiq Tağıya qarşı ölüm fitvası bir neçə il öncə verilib. Ona görə də bu fitvaya münasibət qətl həyata keçirləndən sonra deyil, daha öncə verilməliydi. İki ölkə arasında münasibtələr necə illərdir bu şəkildə davam edir, İran qışqırır, bizimkilər susur. İranın “Səhər” televiziya kanalının Azərbaycana yayımladığı verilişlər ölkəmizə qarşı siyasi və ideoloji təxribatıdır. Azərbaycanın hər hansı məmurunun Tehrana gedib iranlı həmkarları ilə gülüb, danışması problemləri həll etməyəcək. Azərbaycan prezidentindən tutmuş, nazirlərinə qədər dəfələrlə iranlı rəsmilərə deyilib ki, “Səhər” kanalına əncam çəkin. Məsələ bugünə qədər həll olunmayıb. Demək, ölkəmizə qarşı informasiya savaşı aparılırsa, biz də bu savaşı İranın ərazisinə daşımalıyıq”.

Proqramın tamamını aşağıdakı linkdən izləmək mümkündür:

http://www.youtube.com/watch?v=tGhnPT81xik&feature=youtu.be