Əli Həsənovun Türkiyə mediasında sərt açıqlaması yayıldı

eli-hesenovun-turkiye-mediasinda-sert-aciqlamasi-yayildi-
Oxunma sayı: 669



Fransa parlamentinin “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi düçüncə və söz azadlığına ciddi zərbədir. Trend-in məlumatına görə, bunu Türkiyənin “Anadolu” agentliyinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, qanunun qəbul edilməsi müasir Fransa tarixində qara ləkədir.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib. Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.