Əli Kərimli Böyük Britaniya səfiri ilə görüşdü

eli-kerimli-boyuk-britaniya-sefiri-ile-gorusdu
Oxunma sayı: 658

Görüş tanışlıq xarakteri daşıyıb.
Görüş barədə məlumat aldığımız AXCP sədri deyib ki, səfirlə Azərbaycan-Böyük Britaniya münasibətləri haqda ətraflı fikir mübadiləsi aparıblar. Bu münasibətlərin ilk illəri xatırlanıb, eyni zamanda daha da dərinləşdirilməsinin perspektivləri müzakirə olunub.

Ə.Kərimlinin sözlərinə görə, bütövlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri, Avropa Birliyi ilə münasibətlərin daha da sıxlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb: «Müzakirə zamanı Azərbaycanda mövcud olan problemlərə də toxunduq. Ölkədəki siyasi məhbus problemi, sərbəst toplaşma azadlığı ilə bağlı yaşanan çətinliklər, söz və mətbuat azadlığına, çoxpartiyalılığa yaradılan maneələr, seçkilərin total şəkildə saxtalaşdırılması barədə müzakirələr apardıq. Vurğulandı ki, Böyük Britaniya, bütövlükdə Avropa Birliyi Azərbaycanın demokratik inkişafında maraqlıdır və ən müxtəlif yollarla Azərbaycan hakimiyyətini, cəmiyyətini demokratiyaya həvəsləndirmək üçün addımlar atılacaq».

Sonda qərara alınıb ki, AXCP ilə Böyük Britaniya səfirliyi arasında mütamadi olaraq bu cür görüşlər keçirilsin. Görüşdə səfirin müavini Adrian Lee də iştirak edib.

azadliq.info