Əli Kərimlidən Elnur Astanbəyliyə cavab: “Yalandır”-Audio

eli-kerimliden-elnur-astanbeyliye-cavab-yalandir-audio
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə bu sözləri AXCP sədri Əli Kərimli Azadlıq Radiosuna müsahibəsində Elnur Astanbəylinin Molla Pənah Hüseyn yazısına münasibət bildirərkən deyib. Ə. Kərimli bildirib ki, onların hörmət etdiyi Rafiq Tağı, Azərbaycanın ictimai xadimi, söz azadlığının qatı tərəfdarı olaraq xaincəsinə qətlə yetirilib: “Dərhal bu hadisəni pisləmişik və ondan sonra keçirilən ilk iclasda onun xatirəsini yad etmişik. Amma bunu ya bilə-bilə, ya da bilməyərəkdən İctimai Palataya qarşı kampaniyaya başlayıblar. İctimai Palatadakılar milli-demokratik qüvvələrdir. Və bizim inanclı insanlara normal yanaşmamızdan normal bir şey yoxdur. Burada nə qəbahət axtarmaq lazımdır ki?!. Mən başa düşə bilmirəm. Hacı İlqar 2003-cü ildə seçki məhbusu olanda yaxşı idi, indi bizim aramızda olması İctimai palataya qarşı nə böyük kompromat oldu. Bu adamlar indimi xəbər tutublar ki, Hacı İlqar milli-demokratik düşərgədədir. Guya İctimai Palata Rafiq Tağının xatirəsini yad etməyib, yalanını cəmiyyətə sırıyırlar. Yalandır axı. İclasa mən sədrlik etmişəm. Hamımız ayağa qalxıq Rafiq Tağının xatirəsini bir dəqiqəlik sükutla yad etmişik. Deyirlər ki, yalan ayaq tutub yerimir, amma bəzən bu yalanların yürüdüyü də olur. Açığı bu axırıncı polemikalar süni xarakter daşıyır. Şişirdilir. Belə bir problem yoxdur”.

alikarimli.flv