Əli Kərimlinin müşavirinə təpik vurublar

eli-kerimlinin-musavirine-tepik-vurublar
Oxunma sayı: 642

Hadisə Ş. Abbasov Nərimanovdan Maştağa istiqamətində hərəkət edən 31 nömrəli avtobusdan metronun “Əzizbəyov” stansiyası yaxınlığında düşərkən, baş verib.

Bu barədə “Azadlıq” qəzetinə Ş. Abbasov özü məlumat verib: “Avtobusdan düşdükdən sonra evə getmək üçün başqa avtobusa minmək istədikdə iki polis əməkdaşının yanında dayanan iki mülki geyimli şəxs mənə tərəf gəldilər. Onlardan biri ayağı ilə dizimə zərbə vuraraq, ”mitinqə bir də getsən, qıçını qıraram" dedi. Dərhal yaxınlıqdakı polis əməkdaşlarına müraciət etdim. Bildirdim ki, sizin gözünüzün qarşısında mənə hücum edirlər. Onlar müraciətimə məhəl qoymadılar. Yalnız bir neçə dəqiqə sonra onlardan biri mənə yaxınlaşaraq dedi ki, “ağsaqqal, get evinə”.

Bundan başqa, Ş.Abbasova hücum edən mülki geyimlilər onun əlindəki “Azadlıq” qəzetini də “müsadirə” ediblər.