Əli Kərimlinin tunisli bacanağı Azərbaycana buraxılmadı

eli-kerimlinin-tunisli-bacanagi-azerbaycana-buraxilmadi
Oxunma sayı: 661

AXCP sədri Əli Kərimlinin baldızı Aytən Seyidovanın dünən Bakıdakı şadlıq evlərinin birində toy mərasimi keçirilib. “Qafqazinfo”nun xəbərinə görə, Aytən Seyidova Tunis vətəndaşı ilə ailə həyatı qurub. Oğlan tərəfinin Bakıda keçirilən qız evinin toyunda iştirak etmək arzusu reallaşa bilməyb. Belə ki, Londonda yaşayan bəy Seyfəddin bin Əbdüləzizə Azərbaycan səfirliyi viza verməyib. Seyfəddin toy mərasiminə skype vasitəsilə qatılıb. Azərbaycana gəlmək üçün Türkiyədəki konsulluğa müraciət edən bəyin valideynlərinə də rədd cavabı verilib.
Qeyd edək ki, Seyfəddin bin Əbdüləziz Tunis vətəndaşı, milliyyətçə ərəbdir. Bəyin anası türk əsilli xanım, əslən Türkiyənin Qara dəniz bölgəsindəndir.
Xatırladaq ki, Aytən Seyidova Londonda oxuyarkən Tunisli oğlanla tanış olub. Hər iki gənc ailə qurmaq haqqında qərar verdikdən sonra müsəlman adəti üzrə elçilik mərasimi keçirilib, valideynlərin xeyir-duası alınıb.