Əlikram Hümbətov İrana gəlib

elikram-humbetov-irana-gelib
Oxunma sayı: 1522





Hazırda Hollandiyada yaşayan Əlikram Hümbətov İrana gəlib. Bu barədə “Qafqazinfo”ya məlumat məlumatlı mənbədən daxil olub. Məlumata görə, aprel-may aylarında Azərbaycanda keçirilən mitinqlərdən ruhlanan və prosesin geniş vüsət alacağını, bununla da ölkədə qarışıqlıq yaranacağını düşünən Əlikram Hümbətov Azərbaycana dönmək istəyib. O, ərəb ölkələrində baş verən inqilabların Azərbaycanda da təkrarlanacağı təqdirdə sakitcə ölkə ərazisinə daxil olmağı düşünüb. Ə. Hümbətov Bakıya deyil, Lənkərana getməyi və burada dinc şəkildə yaşamağı planlaşdırırmış. Elə bunun üçün də o, may ayında yaşadığı Hollandiyadan İrana səfər edib. Bir müddət İranda qalan Ə. Hümbətov, vəziyyətin planlaşdırdığı kimi olmadığını yəni, mitinqlərin geniş vüsət almadığını görüncə, geriyə - Hollandiyaya qayıtmağa məcbur olub.

Qeyd edək ki, Əlikram Hümbətov 2004-cü ildə həbsdən azad edilərək vətəndaşlığına xitam verilib və ölkəni tərk edib. O, 1993-cü ildə Lənkəranda Talış Muğan Respublikası yaratmağa cəhd etməkdə, bir sıra dövləti cinayətlər törətməkdə ittiham edilərək həbs olunmuşdu.