Belindən güllələndi, “özüm etmişəm” dedi

belinden-gullelendi-ozum-etmisem-dedi
Oxunma sayı: 2295

39 yaşlı kişi ehtiyatsızlıq nəticəsində güllə yarası alıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Goranboy rayon sakini 1980-ci il təvəllüdlü Cəlilov Emin Eldar oğlu sağ bel nahiyəsinin güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, ilkin ifadəsində bildirib ki, evdə özü silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli