“Əliyev çətin ki, Putinin qayıtması şərəfinə şampan şərabı açsın”

eliyev-cetin-ki-putinin-qayitmasi-serefine-sampan-serabi-acsin
Oxunma sayı: 745

“Azərbaycanda İlham Əliyev çətin ki, Putinin yenidən prezident kürsüsünə qayıtması şərəfinə şampan şərabı açsın”. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Britaniyalı jurnalist, Qarabağ üzrə mütəxəssis Tomas De Vaalın «The National Interest»də dərc edilən məqaləsində deyib. Hər üç Qafqaz ölkəsi ilə bağlı fikrilərini bölüşən mütəxəssis Azərbaycanla Putin əlaqələrinə də toxunub. Onun sözlərinə görə, İlham Əliyevin Putinlə tamamilə normal işgüzar əlaqələri var idi. Lakin 2006-cı ildə Əliyev Gürcüstanı ucuz qazdan məhrum etməklə bağlı Putinin planına əməl etmədiyi üçün münasibətləri korlandı: “Medvedyevlə isə daha düzgün münasibətlər qurmağı bacardı və onlar 2008-ci ildə tərəfdaşlıq və əməldaşlıq barədə, Rusiya və Azərbaycan arasında Gürcüstan-Rusiya müharibəsinin başlanmasından 1 ay əvvəl möhtəşəm deklarasiyanı imzaladılar. Əgər söhbət Cənubi Qafqazın ən böyük problemi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda çürüməkdə olan münaqişədən gedirsə burada Putindən Medvedevlə müqayisədə daha az yardım gözləmək olar. Məlumdur ki, Putin 2004-cü ilin sentyabrında Astanada görüşdə erməni və Azərbaycan prezidentlərinin arasında vasitəçi kimi çıxış etməyə səmimiyyətlə çalışanda onu bərk qəzəbləndirmişdilər. Onlar əvvəlcə Putini gözləməyə məcbur etdilər, sonra isə öz aralarında onun iştirakına görə dalaşdılar. Əliyev və Sarkisyanla 9 dəfə görüş keçirməyə səbri çatan Medvedyevdən fərqli olaraq Putin onunla belə rəftarı xoşlamır”.

Səidə