“Əliyev Türkiyənin dini ekstremizmi Azərbaycana ixrac etmək cəhdlərindən boğaza yığıldığını deyib” - WikiLeaks

eliyev-turkiyenin-dini-ekstremizmi-azerbaycana-ixrac-etmek-cehdlerinden-bogaza-yigildigini-deyib-wikileaks
Oxunma sayı: 664

“Azərbaycan Türkiyənin təsirinə və məsləhətlərinə ehtiyac duymur”. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət departamentinin Avroasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla 2010 15 yanvar tarixli görüşündə deyib. Görüşün detalları Donald Lunun “Wikileaks”də yayımlanmış gizli sənədlərində dərc olunub: “Prezident Əliyev Türkiyə ilə enerji məsələlərində irəliləyişlərin olmamasından məyusluğunu ifadə edib. Onun sözlərinə görə, avropalılar “çox passiv”, Türkiyə isə “mürəkkəb”dir. Əliyev bildirib ki, Türkiyə özünü enerji təhlükəsizliyi zonasında “açar ölkə” hesab edir”.

Əliyev onu da qeyd edib ki, “Azərbaycanın artıq qazı var və o bunu satmaq istəyir, lakin potensial bazarlara baxsaq “Rusiyaya bu lazım deyil”, ola bilər İrana lazımdır, amma “ orada problemlər var”.

Nabucco tərəfdarlarına məyusluğunu ifadə edən prezident, tranzit ölkələrin razılığa gəlməsinə baxmayaraq, praktiki addımlar atmadıqlarını bildirib. Avropalıları tənqid edərək Əliyev bildirib ki, onlar qaz məsələlərinə ciddi investisiyalar qoymurlar və bu da etibarsızlıq atmosferi yaradır. Prezidentin sözlərinə görə, bu ölkələr alternativ enerji mənbəyinə ehtiyac duysa da zidd və lovğa addımlar atır: “Azərbaycanda Yunanıstanın bütün ehtiyaclarını ödəyəcək qədər qaz var”.

Əliyev Azərbaycan və Türkiyə arasında qaz üzrə danışıqlar haqqında suala sərt reaksiya verib. Prezident Azərbaycanın əlindən gələni etdiyini və razılaşıb-razılaşmamaqla bağlı qərarının Türkiyənin öhdəsinə düşdüyünü deyib. Əliyev əmindir ki, DQ separatçıları Ermənistanı Madrid prinsiplərini qəbul etməməyə məcbur edirlər və ABŞ konqresini pis davranışlarına görə, mükafat kimi onlara 8 milyon dollar vermələrini tənqid edib. Morninqstar qeyd etdi ki, bu kömək DQ "hökuməti"nə verilmir və inandırmağa çalışdı ki, ABŞ-ın DQ məsələsində siyasəti dəyişməyib. O bildirdi ki, bu humanitar yardımdır ki, belə bir yardım Azərbaycanın daxili qaçqınları üçün, həmçinin Abxaziya və Cənubi Asetiyaya da verilmişdir.
Erməni-türk protokolları haqqında danışan Morninqstar maraqlandı ki, Əliyev Putinin protokollar və Qarabağ münaqişəsi arasında əlaqənin yoxluğu haqqında bəyanatı haqqında nə düşünür. Əliyev bildirib ki, Medvedyev onu inandırmağa çalışıb ki, Rusiya bu mövqeyin tərəfdarı deyil, lakin bunu açıq bəyan edə bilməz.
Əliyev vurğuladı ki, Rusiya Ermənistana silah və digər məhsulların göndərilməsi üçün sərhədlərin açılmasını vacib hesab edir. Onun sözlərinə görə, əgər erməni-türk yaxınlaşması DQ məsələsində inkişaf olmadan uğurlu alınsa bu Azərbaycanla Türkiyə arasındakı münasibətləri sarsıdacaq. Nəticədə isə Ermənistan udacaq, Türkiyə müvəqqəti qazanacaq, Rusiya isə hər şey əldə edəcək.

ABŞ nə edə bilər sualına cavab verən Əliyev bildirib ki, ABŞ Ermənistanı Madrid prinsiplərini qəbul etməyə məcbur etməlidir, Azərbaycan bunu artıq Münhendə etmişdir. O, həmin görüş zamanı Ermənistanın artıq razılaşdırılmış məqamlara yenidən baxmasından şikayət edərək, axıra yaxın konstruktiv yanaşma göstərməyə başladığını bildirib. O, vasitəçilərin irəliləyişlərə kimin mane olduqlarını bildiklərini və ABŞ-dan Ermənistanı həvəsləndirəcək və könlünü alacaq heç bir şey etməməyi xahiş edib.

Əliyev deyib ki, Ermənistanın Azərbaycanın istəkləri ilə razılaşmayacağını bilir, lakin baza prinsipləri üzrə razılaşma münaqişənin həllinə və danışıqların davamına ümid üçün lazımdır. Əliyevdən Türkiyə ilə qaz danışıqlarında çətinliyin siyasi yoxsa maliyyə baxımından olduğunu soruşanda o açıq cavab verdi: “Erməni-türk prosesi bu məsələdə öz rolunu oynadı və Azərbaycan bu olmasa idi maliyyə razılığına gəlməkdə daha yumşaq ola bilərdi. Onun sözlərinə görə, bu proses 2007-ci ildə başlayanda Azərbaycan üçün şok oldu. Onun sözlərinə görə, Türkiyə hər şeyi hesablamışdı və proses Bakı-Tbilisi–Ceyhan sazişi bağlanandan sonra başladı: “Türkiyə əmin idi ki, Azərbaycan ona etiraz etməyəcək. Türkiyə yanıldı. Azərbaycan buna qeyri-dost addımı kimi yanaşdı”.

Əliyev Türkiyənin dini ekstremizmi, Azərbaycana, xüsusilə təhsil sisteminə ixrac etmək cəhdlərindən boğaza yığıldığını deyib. O ona da əmindir ki, Türkiyə öz dünyəviliyini itirir və Azərbaycana birbaşa təhlükə yaradır. O, Azərbaycanın bərabər, normal qardaş münasibətlərini istədiyi halda Türkiyənin Azərbaycana “arxa qapı” kimi baxmasından narahatlığını ifadə edib.

Azərbaycanın müstəqilliyinin ilk illərində İranın dini təsirindən qorunurduq, lakin heç vaxt düşünmürdüm ki, Türkiyədən də qorunmalı olacağıq.

Əliyev şikayətləndi ki, nə vaxtsa Azərbaycanın və Türkiyənin xarici siyasəti uyğun gəlirdi, amma indi Türkiyədə başqa ölkələrlə Rusiya daxil olmaqla, İran, Suriya və sairlə müxtəlif münasibətləri var. Azərbaycan özünü “yeni osmanlıdan” qorumağa çalışdığını və Türkiyənin Azərbaycanla müsbət əlaqələrini qaytaracağına inandığını bildirib.

Səidə